Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:19

Azadliq Radiosu və Amerikanın Səsi yeni rusdilli televiziya yayımına başlayır


Oktyabrın 14-də Azad Avropa/Azadlıq Radioları ilə Amerikanın Səsinin birgə layihəsi olan rusdilli “İndiki zaman” (“Nastoyaşee Vremya”) TV layihəsi işə başlayır.

Yeni televiziya hər gün canlı yayımda xəbərlər proqramı, müsahibələr, siyasi satiradan ibarət 30 dəqiqəlik proqram olacaq.

Layihə dövlətin nəzarət etdiyi Rusiya KİV-lərinin verə bilmədiyi məlumatları verəcək.

Yeni televiziya Rusiya ilə həmsərhəd olan olan öıkələrə balanslı informasiya verəcək. Bu informasiya regionda vəziyyəti sabitsizləşdirən Rusiya KİV-lərinin dezinforamsiyasına alternativ olacaq.

Azadlıq Radiosu və Amerikanın səsi-nin fəaliyyətinə nəzarət edən Yayım üzrə İdarə Şurasının sədri Jeff Chell deyir ki, "layihə tərəfsiz, yoxlana bilən jurnalistikanı təmsil edir. Yalan yox, faktlar" .

Televiziya Youtube-da, sosial şəbəkələrdə də izlənə biləcək.

XS
SM
MD
LG