Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 07:51

Yəməndə şiə yaraqlıları ikinci ən böyük limanı tutub


Houthi tərəfdarı olan əsgərlər və polis

Houthi tərəfdarı olan əsgərlər və polis

Yəməndə şiə üsyançıları qrupu Qırmızı Dənizdə strateji mühüm liman şəhərini tutub. Houthi yaraqlıları oktyabrın 14-də Hodeida şəhərinin həm hava, həm də dəniz limanlarını ələ keçirib. Hodeida Yəmənin ikinci ən böyük liman şəhəridir. Paytaxt Sanaanın təchizatının əksər hissəsi bu limandan gedir.

Bundan bir az əvvəl Yəmənə yeni baş nazir təyin olunub. Yeni baş nazir Khalid Bahah şiə yaraqlılarının dəstəklədiyi namizəddir.

Houthi yaraqlıları keçən ay paytaxtda əsas hökumət binalarını tutandan sonra əvvəlki hökumət devrildi.

Houthi qrupu şiələrin Zaidi məzhəbinə aiddir.

Günün bütün mövzuları

XS
SM
MD
LG