Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:24

RATİ: «Xədicə İsmayıl prezident ailəsi barədə araşdırmalarına görə hədəfdədir»


Xədicə İsmayıl

Xədicə İsmayıl

-

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu araşdırmaçı-jurnalist Xədicə İsmayıla qarşı təzyiq kampaniyasını pisləyən bəyanat yayıb.

Bəyanatda bildirilir ki, jurnalistin diffamasiya maddələri üzrə məhkəməyə verilməsi, hava limanında saxlanması onun həbs təhlükəsi ilə üzləşdiyinin göstəricisidir.

RATİ hesab edir ki, Xədicə İsmayılın hədəfdə olmasına səbəb prezident İlham Əliyevin ailəsinin korrupsiya əməlləri barədə araşdırmalar aparmasıdır:

«Rəsmi səviyyədə şəffaflığın təmin olunması üçün göstərdiyi qətiyyətli fəaliyyəti, beynəlxalq aləmdə Azərbaycanda olan insan hüquqlarının, xüsusilə ifadə azadlığının durumu barədə informasiya bölüşməsi onun hədəfə çevrilməsinə səbəb olub».

Bəyanatda ölkədəki digər jurnalist və bloqqerlərə, hüquq müdafiəçilərinə qarşı aparılan repressiv siyasətdən də söz açılır:

«RATİ vətəndaşların hüquqlarının təminatçısı olan ölkə prezidentini ifadə azadlığına edilən basqıları aradan qaldırmağa və diffamasiya haqqında qanunun qəbul edilməsi üçün konkret addımlar atmağa çağırır. Biz həmçinin beynəlxalq təşkilatları Azərbaycan hökumətinə qarşı daha sərt mövqe ortaya qoymağa və ifadə azadlığı ilə bağlı öhdəliklərini yerinə yetirməsi üçün hökumətə daha çox təzyiq göstərməyə çağırırıq».

Günün bütün mövzuları

XS
SM
MD
LG