Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:51

Makarevich: «Cənab bakılılar, mən sizin üzrünüzü qəbul etmirəm»


Makarevich-in konsert posteri
Makarevich-in konsert posteri

-

Rusiyanin məşhur müğənnisi Andrey Makarevich-in oktyabrın 31-ə elan olunmuş konserti ləğv edilib.

“Regionun müstəqil, güclü, lider hökuməti Putinin qorxusundan Makarevich-in Bakıda konsertinə imkan vermədi”.

Tarixçi alim Altay Göyüşov öz facebook hesabında Andrey Makarevich-in konsertinin ləğvinə münasibət bildirərkən belə yazıb. Konsertin ləğvini şərh edənlərin çoxu bu qadağanı Rusiya amilinə bağlayırlar.

“RUSIYA BAX BELƏ QAPINI DÖYÜR”

Tanınmış bloqqer Roman Orkodashvili yazır:

“Okean Elzi” etirazlar doğura bilmədi, amma Makarevich bunu bacarar. Andrey Vadimiroviç, sizdən 2 həftə əvvəl Vladimir Jirinovskinin, ona qədər də Kiselyovun Bakıda uğurlu qastrolları oldu. Bethovenin sözlərini bir qədər dəyişsək, Rusiya bax belə qapını döyür.

Hadisələrdən xəbərsiz olanlarda sual yarana bilər: Bir müğənninin konserti yasaqlanıbsa, buna Rusiyanın nə dəxli var?

Rusiyalı müğənni Makarevich-in mahnılarında tənqidi baxışlar da yer alır. Onun Putinə həsr olunmuş məşhur “Siçanlar” mahnısı kimi...

“NƏ İSƏ, CƏNAB BAKILILAR...”

Andrey Makarevich öz facebook hesabında yazıb ki, konsert “Ukraynameyilli çıxışların” olmasına görə, ləğv edilib. Müğənni ardınca əlavə edir ki, onun “Kreol Tanqosunun Orkestri” adlı konserti Rusiya da daxil, Belarus və Litvada, Moldova və ABŞ-da da səslənib. Amma heç birində “Ukraynameyilli çıxışlar”a rast gəlinməyib:

Makarevich-in mahnılarında tənqidi baxışlar yer alır
Makarevich-in mahnılarında tənqidi baxışlar yer alır

“Marazm güclənir. Bakı konserti “Ukraynameyilli çıxışların” yaranması ehtimalıyla ertələnib.

Nə isə, cənab bakılılar, konsertimizə bilet alan tamaşaçılardan özünüz üzr istəyin və çalışın yalan danışmayasınız. Mən sizin üzrünüzü qəbul etmirəm”.

“ELƏ BİR GÖZƏL GÜN GƏLƏCƏK Kİ...”

Konsertə bilet alanlardan İlkin Qəmbər Makarevich-ə məktub yazıb. O, məktubunda bakılıların onu çox sevdiyini, burada minlərlə Makarevich fanatı olduğunu dilə gətirib, amma Azərbaycanda qərarları tamam başqalarının verdiyini bildirib:

“Onlara siz də, sizin yaradıcılığınız da yaddır. Elə bir gözəl gözəl gün gələcək ki, bizim ölkədə də insanlar yaradıcılığına görə qiymətləndiriləcək... Azad insanlar öz iyrənc maraqlarını güdənlərin və onların əlaltılarının üzərində qələbə çalacağı gün sizi üzbəüz dinləmək ümidiylə..

İlkin Qəmbər”.

Təşkilatçılar (premiera.az) sanki iynə olub yerə batıblar. Azadlıqradiosu Makarevich konsertlərinin təşkilatçılarına müğənninin çıxışına niyə imkan verilməməsi barədə sualları ünvanlaya bilmədi. Niyəsi odur ki, konsertin ləğvindən sonra təşkilatçılar sanki iynə olub yerə batıblar. Onlar həm öz facebook hesablarını bağlayıb, həm də mobil telefonlarını söndürüblər. Təşkilatçıların iş telefonlarının da dəstəyini qaldıran tapılmır...

Makarevich-in konserti oktyabrın 31-ə planlaşdırılırdı. Biletlərin qiyməti 20-220 manat civarında idi.

Təşkilatçılar bildirir ki, alınan biletləri tamaşaçılar oktyabrın 17-də saat 15.00-dan 20.00-a qədər “Kempinski Hotel-Badamdar" kompleksində təyin olunan yerdə geri qaytara biləcəklər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG