Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:32

Qətər Əmiri Səudiyyə Kralını əmin edə bilməyib


Qətər Əmiri Səudiyyə Kralı ilə 2 saat danışıqlarda kralı əmin etməyə çalışıb ki, Qətər islamçı təşkilatlarla problemi yoluna qoiyub.

Bu məlumatı Reutersə Səudiyyə Krallığının diplomatik mənbəsi deyib, ancaq ad çəkilmir.

Həmin mənbənin dediyinə görə, gənc əmir Emir Sheikh Tamim bin Hamad Al Thaninin sözləri Səudiyyə Kralını əmin etməyib.

Mənbə bildirir ki, Qətərin islamçı ekstremist təşkilatları, o cümlədən Suriyadakı al-Nusra Cəbhəsini maliyyələşdirməsi barədə Səudiyyə Ərəbistanında şübhələr var.

Əsas narazılıq isə Misirin Müsəlman Qardaşlığı təşkilatını Qətərin maliyyələşdirməsindəndir. Səudiyyə Ərəbistanı bu təşkilatı terrorçu təşkilat hesab edir.

Qətər terrorçu təşkilatları maliyyələşdfirməsini inkar edir və bildirir ki, Qətər və Səudiyyə Ərəbistanı ilə birlikdə Suriyada üsyançı təşkilatları maliyyələşdirirdi.

Qətər və Səudiyyə Ərəbistanı Bashar Assad hakimiyyətini yıxmaq istəyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG