Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:09

Seyidlərdə içməli suyu şadlıq evinə çəkiblər, kənd qalıb susuz...


Xaçmaz rayonu, Seyidlər kəndi

Xaçmaz rayonu, Seyidlər kəndi

-

- Bu krantın burda dayanmağının mənası yoxdur. Su gəlmir, gələndə də paslı... Gərək bir ay axsın, pası təmizlənsin ki, istifadə edə bilək...

- Elə bu dəqiqə gətirdim suyu... Bulaqlardan daşıyıb gətirirəm...

Xaçmazın Seyidlər kəndindəyik. Kəndlilərin ənənəvi şikayətləri ilə baş-başa... Deyirlər, bir müddət əvvəl kənddə sayğaclaşma aparılıb. Ancaq kənddəki su problemini sayğaclaşma da həll edə bilməyib. Mehdi dayının həyətindəyik.

“GƏRƏK AXIB TƏMİZLƏNƏ Kİ, İSTİFADƏ EDƏ BİLƏRSƏN”

Mehdi dayı, Seyidlər sakini

Mehdi dayı, Seyidlər sakini

- Baxın, bu sayğac, bu da krant...

- Nə vaxtdır susuz qalmısınız?

- Neçə illərdir... Deyirəm axı, hərdən olur, o da 3-5 gün, sonra kəsilir. İl ərzində su üst-üstə bir ay ola, ya olmaya... O da ki, paslı.

Gərək axıb təmizlənə ki, istifadə edə biləsən. Yoxsa mümkün deyil.

Bir də bu kənddə hələ də suyun kubunun qiymətini dəqiq bilən yoxdur. Məsələn, Əşrəf müəllim tarifləri bizdən öyrənməyə çalışır.

- Dedilər 17, ya 25 qəpikdir. Dəqiq bilmirik ki, kubudur, ya tonudur bu qiymətə... ( Suyun 1kub metri regionlarda 25 qəpikdir-AzadlıqRadiosu)

KƏNDİN SUYUNU ŞADLIQ SARAYINA ÇƏKİBLƏR...

Kəndə bulaqdan gələn təmiz su isə birbaşa şadlıq evlərinə axır:

- Suvarma suyumuz da yox idi, özümüz çəkdik. İçməli su da yuxarıdan bulaqdan gəlirdi, elə bir az gəldi, sonra da çəkdilər birbaşa şadlıq evlərinə, bir az dartışdıq, xeyri olmadı, sonra da başqa xətt çəkdilər, bu da belə, gah gəlir, gah gəlmir. Gələndə də paslı... Qaldıq susuz...

Sakinlər su probleminin həlli üçün kənd icra nümayəndəliyinə və bələdiyyəyə üz tutsalar da, müsbət nəticə əldə edə bilməyiblər.

Kənd sakini Səfər Hüseynov iddia edir ki, heç atın da içmədiyi suyu bu kənddə adamlar içmək məcburiyyətindədilər:

“BİR LABORANT QIZ VARDI, DEDİ, DAYI, BU SUYU HEÇ ATA DA VERMƏK OLMAZ”

- Böyük kənddir, hamımız işləyən adamlarıq. Ancaq bu su problemi hamını əldən salır. Bu kənddə tək-tək yerlərdən içməli su çıxır. Qazırsan, cod su çıxır...

Səfər Hüseynov

Səfər Hüseynov

Hələ sovet vaxtı 18 bulaqdan laboratoriyaya su verib yoxlatdırdıq, bu zonada cəmi 4 quyudan içməli su çıxdı. Qalanları isə yararsız hesab edildi. Heç yadımdan çıxmaz, orada bir laborant qız vardı, dedi, dayı, bu suyu heç ata da vermək olmaz. Ancaq indi həmin su kəndin yuxarısından süzülüb gəlir, camaat da içir.

Kənd bələdiyyəsindən isə bildirirlər ki, bu problem onlara da bəllidir. Ancaq su probleminin həlli üçün cəhdləri hələ ki, bir nəticə vermir:

“Gəlmisiz, əcəb eləmisiz, Əsas odur ki, bir nəticəsi olsun. Biz yazırıq xeyri yoxdur” .

Seyidlinin suya həsrət sakini Əhməd isə hər gün su krantının başına dolanır.

- Bəlkə çaşıb gəldi...

- Aaaa, gəldi ki su...

- Əşi çəndən gəlir...

Seyidlidəki hansı həyətin qarşısından keçsən, belə söz-söhbəti eşidərsən.

XS
SM
MD
LG