Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:21

Dünyada ümumi sərvət son ildə 8,3 faiz artaraq 263 trilyon dollara çatıb. Bunu Credit Suisse bankı bildirir.

İsveçrə bankının Qlobal Sərvət Hesabatına görə, Qlobal Sərvət dünyanın 200 ölkəsində 4,7 milyard yaşlı adamın ümumi sərvətidir.

Orta hesabla onların hərəsinin 56 min dollarlıq sərvəti var.

Dünyada sərvətin 34,7 faizi Şimali Amerikada, 32,4 faizi Avropada cəmlənib.

Keçən il ölkələr arasında sərvət ən çox Britaniyada, Cənubi Koreyada və Danimarkada artıb.

Sərvətin ən çox azaldığı ölkələr isə Ukrayna, Argentina və İndoneziyadır.

Yaşlılar arasında adambaşına sərvət ən çox İsveçrədədir. Burda hər yaşlının orta hesabla 581 min dollarlıq sərvəti var. İsveçrədən sonrakı yerlərdə Avastraliya, Norveç, ABŞ və İsveç gəlir.

Dünyada milyonçuların sayı 2000-ci ildən bəri 164 faiz artıb. Hazırda milyonçuların sayı 34,8 milyondur. Onların 41 faizi ABŞ-da yaşayır.

Dünyanın 128 min milyonçusunun hərəsinin orta hesabla azı 50 milyon dollar sərvəti var.

Onların yarısı ABŞ-da, 25 faizi Avropada yaşayır.

Çində 1,18 milyon milyonçu var. Onların sayı 2019-cu ilə 2 dəfə artmalıdır.

Dünyada 1 milyard adam orta sinfə aiddir. Hesabatda orta sinif deyiləndə sərvəti 10 min dollardan 100 min dollara kimi olanlar nəzərdə tutulur.

XS
SM
MD
LG