Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:13

Ukrayna parlamenti qarşısında nümayişçilərlə polis toqquşub (video)


Oktybarın 14-də Ukrayna parlamentinin binası qarşısında polislə nümayişçilər arasında toqquşma olub.

Nümayişçilər tələb edirlər ki, Ali Rada İkinci Dünya müharibəsi vaxtı iki ziddiyyətli müqavimət təşkilatını – Ukrayna Millətçiləri Təşkilatının və Ukrayna Üsyançılar Ordusunun milli qəhrəmanlar elan edilməsi haqda qanun layihəsini gündəliyə salsın.Həmçinin tələb olunur ki, Üsyançılar Ordusu müharibədə tərəf kimi etiraf olunsun.

mətn videonun altında davam edir

Ukraynanın UNİAN xəbər agentliyi bildirir ki, nümayişçilər polisə Moltov kokteyli atıblar. Bəzi məlumatlara görə, nümayişçilər arasında millətçi Azadlıq partiyasının nümayəndələri olub. Ancaq onların lideri Tyahnybok bunu inkar edir.

Toqquşmalardan sonra 50-dək adam saxlanıb.

Ukrayna Üsyançılar Ordusu 1942-1945-ci illərdə Sovet Ordusuna və Almaniyaya qarşı, müharibədən sonra isə sovet hakimiyyətinə qarşı vuruşub.

Günün bütün mövzuları

XS
SM
MD
LG