Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:58

Vasif Talıbov Koreya səfiri ilə görüşüb


Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi-Suk Naxçıvanda səfərdədir.Oktyabrın 13-də Muxtar Respublika Ali Məclisinin Sədri Vasif Talıbov səfiri qəbul edib. Vasif Talıbov Naxçıvanla Koreya arasındakı ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə inkişafından məmnun qaldığını bildirib. O, təhsil sahəsində əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayaraq, Naxçıvan Dövlət Universitetində elektron təhsil sisteminin qurulmasında Koreyanın “KOICA” şirkətinin rolunu qeyd edib. Səfir Çoi-Suk İn bundan sonra da əlaqələrin inkişafında səylərini əsirgəməyəcəyini bildirib.

Söhbət zamanı əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri də müzakirə olunub.

Səfər çərçivəsində səfir Naxçıvan Dövlət Universitetində də görüş keçirib, tarixi abidələri ziyarət edib

XS
SM
MD
LG