Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:36

Olimpiya Stadionunda fəhlələr aksiyanı dayandırdılar


Etiraza fəhlələrin əməkhaqqının vaxtında ala bilməmələri səbəb olub.

Etiraza fəhlələrin əməkhaqqının vaxtında ala bilməmələri səbəb olub.

-

Oktyabrın 14-də Bakı Olimpiya Stadionunun tikintisində iştirak edən fəhlələr etiraza başlayıb.

Yazı daim yeniləndiyindən son məlumatlar yazının əvvəlindədir.

---------------------------------------------------------------------

Olimpiya Stadionunda etiraz aksiyası keçirən fəhlələr rəhbərliklə razılığa gəliblər. Buna görə də aksiya dayandırılıb.

Mirvari Qəhrəmanlının AzadlıqRadiosuna bildirdiyinə görə, danışıqlar nəticəsində rəhbərlik gecikən maaşların sabah - oktyabrın 15-də ödənəcəyi ilə bağlı öhdəlik götürüb.

***

Oktyabrın 14-də Bakı Olimpiya Stadionunun tikintisində iştirak edən bir qrup fəhlə etiraz aksiyasına başlayıb.

Bu haqda AzadlıqRadiosuna Neftçilərin Əmək Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib.

Onun bildirdiyinə görə, etiraza fəhlələrin əməkhaqqının vaxtında ala bilməmələri səbəb olub.

Etiraz edənlər «OKR Mühəndislik İnşaat Taahüt Elektrik Enerji Makine Sanayi Ticaret Limited Şirketi»nin Azərbaycandakı filialının işçiləridir.

RƏHBƏRLİK ETİRAZIN GENİŞLƏNMƏSİNİ İSTƏMİR

Mirvari Qəhrəmanlı deyir ki, stadionun tikintisində iştirak edən, eyni problemlə üzləşən digər şirkətlərin işçiləri də etiraza qoşulmağa hazırlaşırlar:

«Axşamüstü bilinəcək ki, aksiyaya əlavə qoşulanlar olacaq, ya yox. Hazırda Bakı Yaşayış Tikinti Şirkətinin fəhlələri etirazçılara qoşulmaq istəyir. Onlarla danışıq aparılır. Söz veriblər ki, günün sonuna kimi problemlə maraqlanacaqlar. Rəhbərlik digərlərinin etiraza qoşulmalarını istəmir. Daxili nizam-intizam və tikinti təhlükəsizliyi təşkilatının əməkdaşları hazırda etiraz edənləri qapalı otağa salıb, onlarla danışıq aparmaq istəyirlər. Bununla razılaşmayan etirazçılar isə danışıq üçün onları öz yanlarına dəvət edirlər».

«FƏHLƏLƏRİN MAAŞLARI MÜTƏMADİ GECİKDİRİLİR»

Mirvari Qəhrəmanlı bildirir ki, stadionun tikintisində iştirak edən fəhlələrin maaşları mütəmadi gecikdirilir:

«Qanunvericiliyə görə, əməkhaqqı ayda iki dəfə verilməlidir – avans və əsas maaş. İndi ayda bir dəfə verirlər, bunu da gecikdirirlər. Kollektiv müqavilədə əməkhaqqının müddəti göstərilməlidir. Bunlarda kollektiv müqavilə də yoxdur. Əmək müqaviləsinə də istədikləri tarixi yazırlar. Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları bu işlə maraqlanmalıdırlar. Onlar gedib əmək müqavilələrinə baxmalıdır ki, görsünlər proses necə gedir».

AzadlıqRadiosu məsələyə münasibət öyrənmək üçün Dövlət Əmək Müfəttişliyi Xidməti ilə əlaqə saxlayıb. Xidmətdən bildirdilər ki, məsələdən xəbərsizdirlər:

«Bununla bağlı bizə müraciət olunmayıb. Müraciət olunarsa araşdırarıq».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG