Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:55

İntiqam Əliyev baş ağrılarından əziyyət çəkir


Hüquq müdafiəçisi - İntiqam Əliyev

Hüquq müdafiəçisi - İntiqam Əliyev

Hüquq müdafiəçisi İntiqam Əliyevin səhhətində problemlər var. Bunu AzadlıqRadiosuna oktyabrın 14-də təcridxanada atası ilə görüşdə olan Nərmin Kamilsoy deyir. Onun sözlərinə görə, atası baş ağrılarından əziyyət çəkir:

“Atam bu məsələni mətbuatda qabartmağımızı istəmir. O son zamanlar başındakı ağrılara görə mütəmadi müalicə alırdı, həkim nəzarətində olurdu. Həbsxanada qapalı məkanda, havasızlıqda çox əziyyət çəkir”.

Nərmin Kamilsoy həmçinin deyib ki, atasının yazışmaları əlindən alınır, geri qaytarılmır, bundan başqa, qəzetlər də ona çatdırılmır.

Hüquq müdafiəçisinin vəkili Cavad Cavadov istintaqın işində irəliləyiş olmadığını bildirib.

İntiqam Əliyev avqustun 8-də qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunaraq həbs edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG