Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:17

«Bölgələrdən Səslər»in ikinci cildi işıq üzü görüb


«Bölgələrdən Səslər»
«Bölgələrdən Səslər»

-

Bölgələrdə yaşayan istedadlı gənc yazarların yaradıcılıq örnəklərini bir yerə toplayan «Bölgələrdən Səslər» antologiyasının ikinci cildi çıxıb.

Dünya Gənc Türk Yazarlar Birliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, kitab Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən «Paytaxtdan bölgələrə... Bölgələrdən paytaxta...» adlı layihə çərçivəsində işıq üzü görüb.

Nəşrdə Azərbaycanın müxtəlif bölgələrində yaşayıb-yaradan 62 istedadlı yazarın yaradıcılığından örnəklər yer alıb.

İşin diqqət çəkən yönlərindən biri də antologiyanın gənc yazarların öz həmkarları tərəfindən tərtib edilməsidir.

Gənc yazarlardan İntiqam Yaşar (Gədəbəy), Gülnar Səma (Tovuz), Şəfa Vəli (Gəncə) və Tural Adışirinin (Şəki) tərtibçisi olduqları antologiyanın məsləhətçiləri yeni nəsil yazarlardan Elxan Yurdoğlu (Naxçıvan MR), Elşən Əzim (Mingəçevir), Əlirza Həsrət (Cəlilabad), gənc yazıçı-dramaturq Rəvan Tohidoğlu və şair Dəyanət Osmanlıdır.

Gənc yazarlardan Əfsanə Ələsgərlinin «ön söz» yazdığı antologiyanın redaktorları şair-publisist Əkbər Qoşalı və Rəsmiyyə Sabirdir.

Kitab «Nurlan» nəşriyyatında çıxıb.

Antologiya oktyabrın 18-də saat 12.00-də Gəncliyə Yardım Fondunun H. Z.Tağıyev adına Konfrans Salonunda (Bakı, Cəfərov qardaşları küçəsi-16) təqdim ediləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG