Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:38

-

Rəssam Çingiz Mehbalıyev yenidən tarixi mövzuya müraciət edib və Şah İsmayılın uşaqlıq illərində ölümdən necə qurtulduğuna aid rəsm çəkib.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, onun yeni rəsmi «İsmayılın xilası» adlanır.

Rəssamın sözlərinə görə, o, bu rəsmin mövzusunu görkəmli şərqşünas, akademik Ziya Bünyadovun «Azərbaycan tarixi» kitabından götürüb.

Həmin kitabda Şah İsmayılın ağır mübarizələrdə keçmiş uşaqlıq illəri və siyasi fəaliyyəti təsvir edilir.

Kitabın 398-ci səhifəsində yazılıb: «...Ağqoyunlu hökmdarı Rüstəm şah bir neçə dəfə Kərkiyə sülaləsindən olan Mirzə Əliyə hədələyici məktub göndərib İsmayılı tələb etdi. O isə İsmayılı zənbilə qoyub sıx yarpaqlı ağacdan asdı və 300 nəfər atlı ilə gəlmiş Qasım bəyə onun Gilan torpağında olmaması barədə Qurana and içdi».

Rəssam bildirib ki, bu hadisəni ona ilk dəfə məktəbdə oxuyarkən ədəbiyyat müəllimi danışıb. Sonra bu məlumatın real tarixi faktlara söykəndiyini araşdırıb tapıb.

Rəssam Çingiz Mehbalıyev sonda deyib: «Mənim çəkdiyim «İsmayılın xilası» rəsmi sözügedən mövzuda çəkilən ilk rəsm əsəridir».

Günün bütün mövzuları

XS
SM
MD
LG