Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:36


Oktyabrın 13-də Rusiya rublu, hökumətin müdaxiləsinə baxmayaraq, avro və dollara nisbətdə rekord həddə düşüb. Rubl 51.33 avro və 40.49 dollar olub.

Rusiya Mərkəzi Bank sədri Elvira Nabiullina deyib ki, bank oktyabrın 3-dən bəri rublu dəstəkləmək üçün 6 milyard dollar xərcləyib.

Rusiya Krımı anneksiya edəndən sonra beynəlxalq sanksiyalar artıb. Nəticədə Rusiyanın böyük şirkətləri əsas borc bazarlarından uzaq düşüb. Rusiyanın neftdən asılı olan iqtisadiyyatına düşən neft qiymətləri də təsir edir. Oktyabrın 13-də neftin bir bareli 88 dollara düşüb.

Beynəlxalq Valyuta Fondu bildirir ki, bu il Rusiyadan kapital axını 100 milyard dollara çatacaq, inflyasiya isə 8 faizdən artıqdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG