Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:39

Kataloniya müstəqillik referendumunu ertələyir


Barselonada Kataloniyanın azad olmasını tələb edən insanlar

Barselonada Kataloniyanın azad olmasını tələb edən insanlar

-
Kataloniya hökuməti oktyabrın 13-də qərara alıb ki, noyabrın 9-na planlaşdırılmış müstəqillik referendumunu keçirməsin. Madrid bu addımı qeyri-konstitusion adlandırır.

Kataloniya rəsmisi Joan Herrera referendum tərəfdarı olan partiyalarla görüşdən sonra jurnalistlərə deyib ki, baş nazir Artur Mas oktyabrın 14-də alternativ təklifi elan edəcək.

İspaniyanın mühafizəkar hökuməti planlaşdırılan referendumu qanunsuz adlandırıb, ölkənin Konstitusiya Məhkəməsi də bu prosesinin qanuni olub-olmamasını araşdırmağa başlayıb. Bu proses illər çəkə bilər.

Kataloniya İspaniya iqtisadiyyatının beşdə birinə bərabərdir. Əhalisi 7.5 milyon, paytaxtı Barselonadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG