Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:09

Honq Konq polisi barrikadaları zəncirli mişar və gürzlə dağıdır


Çin, Honq-Konqda etirazlar

Çin, Honq-Konqda etirazlar

Honq Konqda yüzlərlə polis demokratiya istəyənlərin barrikadalarını zəncirli mişar və gürzlərlə dağıtmağa başlayıb. Oktyabrın 14-də şəhərin hökumət idarələri və maliyyə mərkəzi yaxınlığındakı barrikadalar sökülməyə başlanıb. Polis iki gündür söküntü əməliyyatı aparır.

Oktyabrın 14-də gərginliyin artacağı gözlənir. Taksi sürücüləri bizneslərinin 50 faiz düşdüyünü bildirir. Onlar etirazçıları barrikadaları təmizləməsə, özləri bu işə başlayacaqları ilə hədələyiblər.

Əsasən tələbələr olan etirazçılar Honq Konqa tam demokratiya tələb edirlər.

Etirazçılar şəhəri lideri Leung Chun-ying-in istefasını istəyirlər. O, 2017-ci ildə azad seçkini istisna edib.

Çin Honq Konqu “bir dövlət, iki sistem” formulu ilə idarə edir. Yəni bu keçmiş Britaniya müstəmləkəsinə müəyyən muxtariyyət verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG