Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:39

İraq rəsmiləri deyir ki, İslam Dövləti (İD) yaraqlıları qərbi Anbar vilayətində hərbi düşərgəni ələ keçirib. Yaraqlılar eyni zamanda Suriyanın Türkiyə ilə sərhədində mühasirədə olan Kobani şəhərində irəliləyiblər.

İraqın ordu rəsmilərinin sözlərinə görə, cihadçılar silahlı maşınları və tankları qarət edib, İraq əsgərləri düşərgəni tərk etməli olub və yaraqlılar ona od vurub.

Düşərgə Hit şəhəri yaxınlığındadır. İD yaraqlıları onu bu ayın əvvəlində tutub və Anbarda mövqelərini möhkəmlədib ki, bu da İraq liderlərinin həyəcanına səbəb olub.

Təhlilçilərin fikrincə, Anbarı tutmaqla İD Bağdada hücuma başlamaq üçün özünə təchizat xətti yaratmış olacaq.

BMT-nin hesablamasına görə, Hit ətrafında və içərisində döyüşlər nəticəsində 180 min nəfər köçkünə çevrilib.

Eyni zamanda, oktyabrın 13-də Bağdadın şiə məhəllələri 3 dəfə bombalanıb, azı 25 nəfər ölüb. Sakinlər şiə bayramını qeyd etmək üçün küçələrə toplaşıblar.

Fəallar xəbər verir ki, İD yaraqlıları oktyabrın 13-də Kobaninin mərkəzində kürd döyüşçülərlə ağır döyüşlərdən sonra bir az da irəliləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG