Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:40

Leonardo da Vinci-nin ixtira etdiyi musiqi aləti 500 il sonra düzəldildi [Dinlə]


-

Dahi italyan rəssamı və ixtiraçısı Leonardo da Vinci "Viola Organista" adlandırdığı musiqi alətinin layihəsini cızsa da, bir çox ideyaları kimi o da kağız üzərində qalmışdı.

Onun ölümündən təxminən 500 il sonra Leonardo-nun arzuladığı musiqi aləti gerçəyə çevrilib.

Polyak pianoçusu Slawomir Zubrzycki Viola Organista-nı düzəltməyə həyatının 3 ilini sərf edib. (Ardı aşağıda)

Bu, üç musiqi alətinin sintezidir: orqan, klavesin və viola.

Musiqi alətinin daxilində, Leonardonun təsvir etdiyi kimi, çarxlar quraşdırılıb. İfaçı pedalı basanda çarxlar fırlanmağa və simlərə toxunmağa başlayır. Çıxan səs, tembrinə görə, violonçeli xatırladır.

Slawomir Zubrzycki düzəltdiyi musiqi alətini Krakovdakı Musiqi Akademiyasında təqdim edib.

Pianoçu deyir ki, Leonardonun bloknotunda cızılmış Viola organistanın layihəsində bütün detallar verilmir. Amma musiqidən anlayışı olan adam dərhal onun nə düzəltmək istədiyini anlayır.

Simli və klavişli musiqi alətlərini sintez etməyə təkcə Leonardo cəhd etməyib. 1575-ci ildə alman ixtiraçısı Hans Hayden geykenverk adlı musiqi aləti düzəltmişdi.

Viola organista layihəsi Leonardo da Vinci-nin bloknotunda

Viola organista layihəsi Leonardo da Vinci-nin bloknotunda

Leonardo da Vinci, avtoportret

Leonardo da Vinci, avtoportret

Günün bütün mövzuları

XS
SM
MD
LG