Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:18

İlham Əliyev Rusiyanın müdafiə nazirini qəbul edib


Sergei Shoigu
Sergei Shoigu

-

Oktyabrın 13-də prezident İlham Əliyev Rusiya müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezident İlham Əliyev Rusiya Müdafiə nazirinin Azərbaycana səfərinin hərbi və hərbi-texniki sahədə əməkdaşlığın müzakirəsinə yaxşı imkan yaradacağını bildirib. Səfərin səmərəli olacağına əminliyini əlavə edib.

Eləcə də İlham Əliyev Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin dinamik şəkildə uğurla inkişaf etdiyini vurğulayıb. Rusiya prezidenti Vladimir Putin-lə Həştərxanda və Minskdə görüşlərini məmnunluqla xatırlayıb, yüksəksəviyyəli görüşlərin mütəmadi olaraq keçirildiyini bildirib. İki ölkə arasında siyasi, iqtisadi sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini əlavə edib.

Rusiya Federasiyasının müdafiə naziri Sergey Shoigu Xəzər dənizində əməkdaşlıqla bağlı qəbul olunan qərarların əhəmiyyətindən danışıb. Xəzər dənizi hövzəsində hərbi əməkdaşlığın uğurla inkişaf etdirildiyini vurğulayıb.

XS
SM
MD
LG