Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:32

Finlandiyada mahnı yarışmasına qatıldı və...yarımfinala çıxdı


Aylin Cabbarlı, "Uşaqların səsi" musiqi yarışmasında,Finlandiya

Aylin Cabbarlı, "Uşaqların səsi" musiqi yarışmasında,Finlandiya

-

Finlandiyada yaşayan 12 yaşlı Aylin Cabbarlı "Uşaqların səsi" musiqi yarışmasında uğurlu çıxış edərək yarımfinala vəsiqə qazanıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin yaydığı xəbərə görə, müsabiqənin növbəti mərhələsində iki həmyaşıdı ilə birgə Madonnanın məşhur “Dua kimi” ("Like a Prayer") mahnısını səsləndirən Aylin Cabbarlı münsiflər heyətinin daha çox rəğbətini qazanıb.

Jüri üzvləri hər üç iştirakçının səsini yüksək qiymətləndirsə də, Aylin Cabbarlının səhnədəki təbii hərəkətləri ilə digərilərindən fəqrləndiyini və növbəti mərhələdə məhz onu görmək istədiklərini deyiblər.

Xatırladaq ki, müsabiqənin ilk mərhələsində uğurlu çıxışına görə münsiflər heyətinin hər üç üzvü Aylini öz qrupunda görmək istəsə də, sonda Aylinin seçimi müğənni Diandra Flores olub.

Finlandiyanın “4-cü kanal”ı ilə yayımlanan mahnı yarşımasının yarımfinalı bu həftə keçiriləcək.

12 yaşlı Aylin Cabbarlı Finlandiyada fəaliyyət göstərən AzərTürk Gənclər Təşkilatının nəzdindəki AzərTurk musiqi qrupunun solistidir və 10 ildən çoxdur ki, ailəsi ilə birlikdə Finlandiyanın Espoo şəhərində yaşayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG