Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:47

2014-cü ilin büdcəsində mənfəət vergisi üstünlük təşkil edib


2014-cü ilin yanvar-sentyabr aylarında Vergilər Nazirliyinin xətti ilə büdcəyə 5 milyard 346 milyon 762,8 min manat vəsait daxil olub. Bu barədə Vergilər Nazirliyi məlumat yayıb. Məlumata görə, ən çox vəsait – 1 milyard 732 milyon 351 min manat (32,4 faiz) mənfəət vergisindən daxil olub. Dövlət büdcəsinə daxil olan ümumi məbləğin 28 faizi əlavə dəyər vergisi, 13,2 faiz fiziki şəxslərin gəlir vergisi, 10,9 faizi aksizlərin, 15,5 faiz digər vergilərin payına düşür.

Hesabat dövründə respublika üzrə 61 min 181 vergi ödəyicisi qeydiyyata alınıb. 1 oktyabr 2014-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 591 min 178-ə çatıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG