Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:50

ABŞ-ın hava zərbələrinin köməyi ilə kürd döyüşçülər Kobani şəhərini qorumaqda davam edir.

İslam Dövləti yaraqlıları 4 həftəyə yaxındır ki, Kobaniyə hücum edir və son günlərdə şəhərin 4-də 3-nü tuta bilib. Ancaq oktyabrın 13-dəki döyüşlərdə heç bir tərəf üstünlük qazana bilmir. Döyüşlər hazırda Kobani şəhərinin şərq və cənub-şərq hissələrində gedir.

Oktyabrın 13-də şəhərin şimal hissəsində isə İD intiharçı hücum edib. Partlayıcı ilə dolu yük maşını kürdlərin müdafiə istehkamına çırpılıb. Tələfat barədə məlumat verilmir.

Türkiyə isə öz hərbi bazalarından Suriya və İraqda İD yaraqlılarına hava zərbələri üçün istifadəyə icazə verdi. Bunu ABŞ Milli Təhlükəsdizlik müşaviri Susan Rice bildirib. Ancaq bu bəyanatdan sonra Türkiyə elan etdi ki, İncirlik hərbi bazasından istifadə barədə ABŞ-la Türkiyə arasında razılıq hələ yoxdur.

Türkiyə öz bazalarında İD ilə vuruşmaq üçün Suriya yaraqllarına təlim keçilməsinə isə icazə verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG