Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:37

“Sabunçuda yaşayan onlarla ailənin həyatı təhlükədədir. Çünki yaşadığımız evlərin altında olan qayalığın bir hissəsi bir neçə gün əvvəl uçub. Elə vəziyyət yaranıb ki, adicə yağış da hər an böyük faciəyə səbəb ola bilər. Aidiyyəti qurumlarsa tədbir görmür” .

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə Sabunçu rayonu ərazisində, dəmiryolu vağzalının ətrafında yaşayan sakinlər deyir. Onlar bildirirlər ki, vağzalın yaxınlığında olan qayalığın bir hissəsi uçub. Bu üzdən də qayalıqların üzərində tikilmiş evlərdə yaşayan sakinlərin həyatı təhlükəylə üz-üzə qalıb. bu üzdən təşviş içindədir. Onlar evlərinin hər an uça biləcəyindən qorxur.

RELSLƏRİN KEÇDİYİ TƏHLÜKƏLİ ƏRAZİ...

Barəsində danışılan ərazi Sabunçu dəmiryol vağzalından 200-300 metr məsafədə yerləşir. Bir neçə cərgə dəmiryolu relslərinin keçdiyi bu ərazinin hər iki tərəfi hündür qayalıqdır. Qayalıqların üstündə isə onlarla fərdi yaşayış evi tikilib.

Sakinlərin bildirməsinə görə, qayalığın bir hissəsi hələ 3-4 həftə əvvəl uçub. Növbəti uçqun isə bir neçə gün əvvəl baş verib. Buna görə də qayalıqların arasından keçən 3 dəmiryolu xəttindən biri - uçqun baş verən əraziyə daha yaxın olan xətt bağlanıb. Artıq həmin xətdə qatarların hərəkətinə icazə verilmir. Uçqunlar baş verəndən sonra dəmiryolunun bu hissəsindən keçən qatarlar sürət həddini də maksimum azaltmağa məcbur olub.

YAĞIŞ YAĞANDA QAYADA SÜRÜŞMƏLƏR BAŞLAYIR

Sakinlər danışır:

“Yağış yağanda burada xırda sürüşmələr olur. Torpaq və qayalıq boşalır. Qatarlar hərəkət edərkən isə evlər möhkəm silkələnir. Həmçinin evlərin altında olan qayalar da tərpənir. Burada əvvəllər də xırda uçqunlar olurdu. Amma budəfəki uçqun böyük oldu, çox təhlükəlidir. Növbəti uçqun burada çox böyük faciəyə, hətta çoxsaylı insan tələfatına səbəb ola bilər”.

Qeyd edək ki, bu dəmiryol xətlərindən gün ərzində Sumqayıta qatarlar hərəkət edir. Moskvaya gedən qatarların da bir hissəsi bu yoldan keçir. Bu yollar gün ərzində bir neçə yük qatarını da ötürür.

KÖÇMƏK İSTƏMİRLƏR...

Azərbaycan Dövlət Dəmir Yolları” ASC-dən deyilənə görə, peroblemin onlarla hər hansı əlaqəsi yoxdur. Bildiriblər ki, qatarlar öz yolları ilə hərəkət edir və əgər hər hansı fəsad yaranırsa, buna əncamı yerli icra hakimiyyəti və ya Fövqəladə Hallar Nazirliyi çəkməlidir.

Sabunçu Rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, sakinlərə əvvəllər də dəfələrlə xəbərdarlıq olunub ki, yaşadıqları ərazi təhlükəlidir və onlara başqa yerə köçmələri təklif edilib. Ancaq sakinlər razılaşmayıblar.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG