Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:43

Amerikada «Yeddi gözəl» baletinə 3000 tamaşaçı gəldi


"Yeddi gözəl" baleti
"Yeddi gözəl" baleti

-

“Yeddi Gözəl” baleti ABŞ-da ilk dəfə nümayiş etdirilib. Oktyabrın 11-də 3000-dən çox amerikalının izlədiyi tamaşa Kaliforniyanın ikinci ən böyük şəhəri olan San Dieqonun tanınmış Şəhər Teatrında (Civic Theater) səhnələşdirilib.

Tamaşanın xoreoqrafı sözügedən baletin direktoru, yüksək mükafatlar laureatı Xavier Velaskodur. Baletin musiqisi tanınmış dirijor Randal Tvidin rəhbərlik etdiyi nüfuzlu Grossmont Simfonik Orkestri tərəfindən, bütün rollar isə amerikalı balerin və balerinalar tərəfindən ifa edilib.



Baletin səhnələşdirilməsində Azərbaycan milli geyimlərindən, eləcə də “Yallı” kimi milli rəqslərimizin elementlərindən istifadə tamaşanın milli ruhunu daha da gücləndirib. Dahi Qara Qarayevin baleti amerikalı tamaşaçıların ayaqüstü və gurultulu alqışları ilə qarşılanıb.

Tamaşadan sonra rəsmi ziyafət verilib. San Dieqo merinin imzaladığı bəyannaməyə görə, 2014-cü ilin 11 oktyabr tarixi San Dieqo şəhərində “Yeddi Gözəl Günü” elan edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG