Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:26

2014-cü il İqtisadiyyat üzrə Nobelin xatirəsi mükafatına fransız alimi Jean Tirole layiq görülüb. İsveç Kral Akademiyasının Nobel mükafatı komitəsi bildirir ki, alim bu mükafatı “bazarın gücünün və tənzimlənməsinin analizinə” görə alır.

Komitənin məlumatında deyilir ki, Tirole “dövrümüzün ən nüfuzlu iqtisadçılarındandır”. O, öz işlərində “bir neçə güclü şirkətlər olan sənayeləri anlamaq və tənzimləmək məsələsinə aydınlıq gətirir.”

Iqtisadiyyat üzrə Nobel mükafatının rəsmi adı “Alfred Nobelin xatirəsinə iqtisadiyyat üzrə Evergies Riksbank mükafatıdır”.

İqtisadiyyat üzrə bu mükafat Nobelin təsis etdiyi və sonradan “Nobel mükafatı” daını alan mükafatlar sırasında deyildi. Onu 42 il əvvəl İsveçin Dövlət bankının 300 illiyi ilə bağlı yaradıblar və Nobelin xatirəsinə həsr ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG