Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 17:02

Göygöl rayonu, Üçtəpə kənd sakini, YAP üzvü, Mədəniyyət və Turizm Nazirliyi Göygöl rayon şöbəsinin sabiq işçisi Şahin Məmmədov AzadlıqRadiosunun “Qaynar xətt”inə təkrar şikayət edib.

Keçmiş şöbə müdiri bu dəfə həbs təhlükəsi ilə üz-üzə qaldığını deyir. Onun sözlərinə görə, rayon Mədəniyyət və Turizm Şöbəsindəki yeyinti faktlarını mətbuata açıqladığına görə şöbə rəhbərliyi tərəfindən məhkəməyə verilib.

Şahin Məmmədov:

“Şöbədəki vəziyyətlə bağlı Mədəniyyət və Turizm Nazirliyinə də rəsmi şikayətlər etmişəm. Üç aydan artıq vaxt keçib, şikayətlərimi araşdırmaq əvəzinə şöbə rəisi Şərqiyyə Hümbətovanın heç bir qanuna əsaslanmayan, şər-böhtanla dolu təqdimatı əsasında bu ilin iyul ayında işdən çıxarılmışam. Bu azmış kimi, məni məhkəməyə veriblər, indi də həbs etmək istəyirlər”.

Şahin Məmmədov barəsində Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət işi qaldırılıb:

“Şərqiyyə Hümbətova məni birdəfəlik susdurmaq üçün məhkəmədə iddia qaldırıb. Hətta I qrup əlil olan atamı da eyni maddələrlə ittiham edir. Atamın ölkə başçısına etdiyi müraciət necə olubsa bu xanıma çatıb. Necə olur ki, Prezident Adminstrasiyasına göndərilən məktub Şərqiyyə Hümbətovanın əlinə keçir və həmin məktub əsasında məhkəmədə iddia qaldırır? Bunun bir cavabı var. Həmin məktub baxılması üçün Mədəniyyət və Turizm Nazirliyinə göndərilir. Nazirlik isə baxıb ərizəçiyə cavab vermək əvəzinə məktubun surətini Şərqiyyə Hümbətovaya göndərir.

Şərqiyyə Hümbətova iddiasını bir şərtlə geri götürə biləcəyini deyir. Gərək mən onun barəsində etdiyim çıxışlarla bağlı təkzib verəm və işə bərpa olunmağımla bağlı verdiyim məhkəmə iddiasını geri götürəm. Mən Göygöl rayon mədəniyyət və turizm şöbəsində olan yeyinti faktları barədə müxtəlif dövlət orqanlarına müraciət edərkən dövlətimin bu müraciətlərə baxacağını, Şərqiyyə Hümbətovanın dövlət büdcəsinə vurduğu maddi ziyana görə cəzalandırılacağını düşünmüşdüm. Ancaq Şərqiyyə xanıma “gözünün üstə qaşın var” deyən olmadı. Dövlət mənafeyini müdafiə etdiyimə görə məsuliyyətə cəlb olunmaqla üz-üzə qaldım, başım ağrıdı”.

Mədəniyyət və Turizm Nazirliyinin Göygöl Şöbəsinin müdiri Şərqiyyə Hümbətova Şahin Məmmədovun mətbuata açıqlamalarını şər-böhtan adlandıraraq bu məsələyə məhkəmə tərəfindən hüquqi qiymət veriləcəyini bildirib.

Mədəniyyət və Turizm Nazirliyi mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov da Göygöl rayon mədəniyyət və turizm şöbəsinin müdiri Şərqiyyə Hümbətova barəsində yalan və əsassız məlumatlar yaydığına görə keçmiş işçinin xüsusi ittiham qaydasında məhkəməyə verildiyini təsdiqləyib.

Bu ilin avqust ayında AzadlıqRadiosuna və başqa media orqanlarına müraciət edən Şahin Məmmədov əvvəllər işlədiyi Göygöl mədəniyyət və turizm şöbəsindəki yeyinti faktlarını açıqladığına görə işdən çıxarılması və məhkəməyə verilməsi barədə açıqlamalaq verib. Mədəniyyət və Turizm Nazirliyini onun şikayətlərini araşdırıb tədbir görmək əvəzinə şöbə rəisini dəstəklədiyinə, onu işdən çıxardığına görə qərəzli adlandırıb.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG