Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:42

-

Respublika Taun Əleyhinə Stansiya qonşu Gürcüstanda Ebola virusuna yoluxma və bunun Azərbaycana təsiri ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov APA-ya açıqlamasında deyib ki, məsələ ilə bağlı gürcüstanlı həmkarlarına zəng vurulub.

Onun sözlərinə görə, məlum olub ki, həmin adamlar müayinə edilib və onlarda heç bir virus aşkar olunmayıb:

"Hansısa ölkədən bu xəstəlik gətirilə bilər. Amma xəstəliyin başqa ölkələrdə kütləvi yayılması mümkün deyil. Çünki Afrika ölkələrində xəstəliyin yayılmasının müxtəlif səbəbləri var. Xəstələrə kömək edən həkimlərə sərt münasibət mövcuddur. Hazırda orada 2500-ə yaxın tibb işçisi çatışmır. Onların müxtəlif ayinləri var. Belə ki, ölülərin yuyulmasından sonra həmin su içilir, üzlərinə vurulur və s. Ölkədə aparılan təbliğata riayət etmirlər. İnfeksion xəstəliklərdən qorunmanın başlıca istiqaməti insanın özünü qorumasıdır”.

Ş.Qurbanov qeyd edib ki, həmin xəstəlik Azərbaycana təsadüfən gətirilə bilər. Onun sözlərinə görə, amma onun Azərbaycan ərazisində yayılması üçün heç bir şərait yoxdur:

“Bizim həmin ölkələrlə əlaqələrimiz minimum səviyyəsindədir. Artıq insanların maarifləndirilməsi nəticəsində yaradılan “Qaynar xətt”ə müraciət edənlərin də sayı azalıb. Əvvəllər 7-8 nəfər müraciət edirdisə, indi 1-2 nəfər müraciət edir. Onlar mətbuat vasitəsilə məlumat alır və artıq bu xəstəliklə bağlı məlumatlıdırlar”.

Günün bütün mövzuları

XS
SM
MD
LG