Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:26

-
Oktyabrın 13-də saat 16.00-da "Four Seasons Hotel Baku" mehmanxanasının "Bayatı Şiraz" zalında Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində "Avropa İrs Günləri"nin qeyd edilməsinə həsr olunmuş mətbuat konfransı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, Nazirliyin və Avropa Şurasının Demokratik İdarəçilik Direktorluğunun nümayəndələrinin iştirakı ilə baş tutacaq konfransda, layihənin və yeni yaradılmış.

Tədbirdə ötən illərdə Azərbaycanda "Avropa İrs Günləri"nin qeyd olunmasına həsr olunmuş qısa filmin də nümayişi nəzərdə tutulub.

Tədbir üçün kütləvi informasiya vasitələrinin nümayəndələrinin qeydiyyatı bu gün saat 15.30-dan başlayaraq həyata keçiriləcək.

"Avropa İrs Günləri" (EHDs), Avropa vətəndaşları arasında əməkdaşlıq çərçivəsində kütləvi qeyd olunan mədəni təşəbbüslərdən biridir.

1985-ci ildə Avropa Şurası tərəfindən irəli sürülmüş bu təşəbbüsə 1999-cu ildə Avropa İttifaqı Komissiyası da qoşulub.

Hər iki qurum indiyədək bu proqramı birgə davam etdirirlər.

Hər il sözügedən layihə 50 Avropa ölkəsində keçirilir və müəyyən olunmuş günlərdə ziyarətçilər üçün minlərlə abidələrə və tarixi yerlərə ödənişsiz giriş təmin edilir.

Bu təcrübə ilə Avropa vətəndaşları yalnız mədəni irsin zənginliyindən zövq almır, eyni zamanda onların qorunmasına və vəziyyətinin yaxşılaşdırılması işlərinə fəal cəlb olunur.

Hər il təxminən 20 milyona yaxın insan bu təşəbbüsdən yararlanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG