Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:10

«Azərbaycan muğamının şahzadəsi» Şanxayda konsert verəcək


Xanəndə Qoçaq Əsgərov,“Shanghai World Music Festival-2014”
Xanəndə Qoçaq Əsgərov,“Shanghai World Music Festival-2014”

-

Gənc xanəndə Qoçaq Əsgərov Çinin ən böyük şəhərlərindən olan Şanxayda “Shanghai World Music Festival-2014” festivalı çərçivəsində üç günlük konsert proqramı ilə çıxış edəcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, oktyabrın 16-da səhnəyə çıxacaq xanəndənin çıxışından əvvəl musiqişünas, UNESCO-nun eksperti Sənubər Bağırova iştirakçılara Azərbaycan musiqisi, muğamları haqqında məlumat verəcək.

Q. Əsgərov bildirib ki, bu dəvət ona dünya ulduzlarının konsertini təşkil edən məşhur menecer Lijiang Tang tərəfindən edilib:

”İngiltərədəki konsertimi dinləyən menecer mənim səsimi festival dinləyicilərinə eşitdirmək qərarına gəlib. Konsertdə “Mahur”, “Şur” muğamları, “Bayatı-Şiraz”, “Şüştər” təsnifləri və xalq mahnılarını səsləndirəcəyəm”.
Xanəndəni tarda Şəhriyar İmanov, kamançada Elnur Mikayılov, nağarada Kamran Kərimov müşayiət edəcək.

Konsertin afişaları artıq Şanxayın küçələrinə vurulub.

Maraqlıdır ki, Qoçaq Əsgərov ictimaiyyətə “Azərbaycan muğamının şahzadəsi” kimi təqdim edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG