Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:53

Kaliforniyada “Yeddi Gözəl” baleti nümayiş olunub


"Yeddi gözəl"baleti

"Yeddi gözəl"baleti

Oktyabrın 11-də “Yeddi Gözəl” baleti ABŞ-ın Kaliforniya ştatında səhnələşdirilib. Beləliklə, “Yeddi Gözəl” baleti ABŞ-da ilk dəfə nümayiş etdirilib. 3000-dən çox amerikalının izlədiyi tamaşa Kaliforniyanın ikinci ən böyük şəhəri olan San Dieqonun tanınmış Şəhər Teatrında (Civic Theater) göstərilib.

San Dieqo Baletinin səhnəyə qoyduğu tamaşanın xoreoqrafı sözügedən baletin direktoru, yüksək mükafatlar laureatı Xavier Velaskodur. Baletin musiqisi tanınmış dirijor Randal Tvidin rəhbərlik etdiyi nüfuzlu Grossmont Simfonik Orkestri tərəfindən, bütün rollar isə amerikalı balerin və balerinalar tərəfindən ifa edilib.

Baletin bu yeni səhnələşdirilməsində Azərbaycan milli geyimlərindən, eləcə də “Yallı” kimi milli rəqslərimizin elementlərindən istifadə tamaşanın milli ruhunu daha da gücləndirmişdir. Dahi Qara Qarayevin baleti amerikalı tamaşaçıların ayaqüstü və gurultulu alqışları ilə qarşılanıb.

Tamaşadan sonra rəsmi ziyafət verilib. San Dieqo merinin imzaladığı bəyannaməyə görə, 2014-cü ilin 11 oktyabr tarixi San Dieqo şəhərində “Yeddi Gözəl Günü” elan edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG