Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:57

Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsinin sədri təyin edilmiş Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının deputat mandatı bu gün Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən ləğv olunub.

APA-nın məlumatına görə, M. Qurbanlının deputat mandatının ləğv edilməsi barədə müraciəti MSK-nın bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

Azərbaycan Konstitusiyasının 89-cu maddəsinin 4-cü hissəsinə əsasən Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda Milli Məclisin üzvlüyündən istefa verməlidir. Dövlət orqanında vəzifə tutan Milli Məclis üzvü MSK-ya müraciət etməli, MSK isə bu müraciətə 2 ay müddətində baxıb, millət vəkilinin mandatdan məhrum edilməsinə qərar verməlidir.

M. Qurbanlı açıqlamasında deyib ki, prezident İlham Əliyevin sərəncamı ilə Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsinə sədr təyin edilib, ona böyük etimad göstərilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG