Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:17

Ukraynanın şərqində separatçıların tutduğu Donetsk regionunun keçmiş “qubernatoru” ağır durumda xəstəxanaya düşüb. Onun həyatına sui-qəsd olduğu deyilir.

Rusiya xəbər agentliklərinin məlumatına görə, naməlum adamlar oktyabrın 13-də Rostov-Don-Donetsk yolunda Pavel Gubarev-in avtomobilini atəşə tutublar. Avtomobil yoldan çıxıb və ağaca dəyib.

Gubarev huşsuz vəziyyətdə tapılıb və xəstəxanaya aparılıb, durumu ağırdır.

Gubarev-in həyat yoldaşı Yekaterina deyib ki, ərinə güllə dəyməyib və xəsarəti qəzada alıb.

Gubarev separatçıların yaratdığı “Novorossiya” hərəkatına rəhbərlik edir. O, bazar günü facebook səhifəsində yazıb ki, oktyabrın 13-də vacib bəyanat verməyə hazırlaşır.

Günün bütün mövzuları

XS
SM
MD
LG