Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:55

Bakı-Astara yolunda sərnişin avtobusu qəzaya düşüb


Bakı, avtobus qəzası

Bakı, avtobus qəzası

Oktyabrın 13-də səhər saatlarında Biləsuvar rayonunun ərazisində sərnişin avtobusu aşıb. Bakı-Astara yolunun 91-ci kilometrliyində hərəkət edən avtobus idarəetməni itirərək yol kənarına aşıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə,nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Qəzada 33 sərnişindən 3-ü aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində ölüb, 10 nəfəri isə müxtəlif bədən xəsarətləri alıb.

Meyitlər və xəsarət alanlar yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alət və avadanlıqdan istifadə olunmaqla avtobusdan çıxarılıb.

Əməliyyat saat 7:30-da başa çatıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG