Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:16

Donorlar Qəzzaya 5.4 milyard dollar boyun olur


Qəzza, İsrailin hava hücumları nəticəsində dağılmış tikililər

Qəzza, İsrailin hava hücumları nəticəsində dağılmış tikililər

Oktyabrın 12-də beynəlxalq donorlar Qəzza zolağına 5.4 milyard dollarlıq yardım vəd edib, İsrail və fələstinliləri sülh cəhdlərini bərpa etməyə çağırıb.

Bu bəyanatla Norveçin xarici işlər naziri Boerge Brende Qahirədə keçirilən konfransın sonunda çıxış edib. Konfransda məqsəd bu ilin iyul-avqustunda 50 günlük İsrail- Hamas müharibəsinin Qəzzada törətdiyi dağıntıları aradan qaldırmaq üçün maliyyə toplamaq idi.

Vəd olunan məbləğ Fələstin Prezidenti Mahmud Abbas-ın istədiyi 4 milyard dollardan da artıqdır.

İlkin olaraq Qatar 1 milyard dollar vəd edib, daha sonra Vaşinqton 212 milyon dollar ayıracağını bildirib. Avropa Birliyi üzvləri 450 milyon avro, Birləşmiş Ərəb Əmirlikləri və Küveyt isə ayrı-ayrılıqda 200 milyon dollar verəcəklər.

ABŞ Dövlət katibi John Kerry zorakılığın aradan qaldırılması üçün sülh danışıqlarına çağırıb. Bu ilin əvvəlində o da, İsraillə Fələstin arasında sülh razılaşmasına nail ola bilmədi.

Günün bütün mövzuları

XS
SM
MD
LG