Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:53

«Ebola» Azərbaycana çatmaq üzrədir


Ebola virusunun mikroskopik görünüşü

Ebola virusunun mikroskopik görünüşü

-

“Yeni Müsavat” yazır ki, Qərbi Afrikadan başlayıb Avropayadək gedib çıxan Ebola infeksiyası Azərbaycana da çatmaq üzrədir. Səhiyyə nümayəndələri bu ölümcül virusun ölkəmizdə yayılmasının qarşısını almaq üçün tədbirlər görüldüyünü desələr də, Ebolanın Azərbaycanın sərhədlərinə qədər gəlib çatması əhali arasında müəyyən narahatçılıq yaradıb. Artıq qonşu Gürcüstanda 13 nəfər Ebola şübhəsi ilə saxlanılıb. Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, əgər hazırda ölkəmizdə olan xarici tələbə bu xəstəlik yayıldıqdan sonra öz ölkəsinə gedib yenidən Azərbaycana gəlibsə, o hökmən karantinə alınmalı və müayinədən keçməlidir:

“... Çünki Ebola virusu ilə bağlı vaksin yalnız eksperiment mərhələsində olan vaksindir. Yəni bunun kütləvi istehsalı və yayımı real deyil. Bilirsiniz ki, artıq 4 mindən çox insan bu virusdan dünyasını dəyişib və xeyli potensial xəstə var. Ölüm hallarının bir neçə dəfə artması gözlənilir. Belə getsə, qorxulu bir epidemiya da yayıla bilər. Ona görə də hesab edirəm ki, diqqətli olmaq lazımdır. Birinci növbədə ölkəyə daxil olan və xaric olan vətəndaşların, yəni miqrasiya durumunda olanların dinamikası izlənilməlidir. Görək onlar hansı ölkəyə gedir, necə olur və sairə. Bu xəstəlik təxminən SPİD kimi keçir. Qan, ağız suyu və digər vasitələrlə də keçə bilir. Bu gün SPİD vaksini yoxdur ki, onu bir dəfəlik aradan qaldırsınlar. Yalnız müalicəvi dərmanlar var. Buna görə də Ebolanın da müalicəsinin olub olmaması ilə bağlı bir söz demək çətindir. Viruslarla bağlı məsələ xeyli çətindir”.

HEYDƏR ƏSƏDOVUN YENİ DÖVLƏT XİDMƏTİ NƏ VƏD EDİR?

Prezident İlham Əliyev Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” sərəncam imzalayıb. Ölkə başçısının sərəncamıyla Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti yaradılıb. Həmçinin Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin yaradıldığı bildirilib.

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov “Azadlıq” qəzetinə deyib ki, müvafiq qurumlar KTN nəzdində müəyyən işlər həyata keçiriblər. İndisə onu yeni formanın yaradılması kimi təqdim edirlər:

Arxiv foto

Arxiv foto

“Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi uzun müddətdir fəaliyyət göstərir. Onun da fəaliyyəti sanki kredit alan fermerlərlə bank arasında vasitəçi rolu oynamaq idi. Onsuz da onların elə bir əhəmiyyəti yox idi. Dövlət büdcəsindən bu struktur üçün maliyyə vəsaiti ayrılırdı. İndi bu qurumu Kənd Təsərrüfatı Nazirliyi nəzdində yeni bir struktur kimi təqdim edirlər. Yəni bu struktur Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidməti adlanacaq. Dövlət hesabına onlara vəsait ayrılacaq, layihələrin idarə edilməsi təşkil ediləcək. Digər strukturları saxlamağa ehtiyac olsa da, sözügedən strukturun saxlanmasına heç bir ehtiyac yoxdur”.

ÇİNGİZ QƏNİZADƏ: “BU, AZƏRBAYCAN HAKİMİYYƏTİNƏ TƏZYİQDİR”

Son günlər Azərbaycanda həbsdə olan hüquq müdafiəçilərinə bir neçə beynəlxalq mükafat verilib. “Media forum” saytına danışan Milli Məclisin deputatı, hüquq müdafiəçisi Çingiz Qənizadə xarici dairələrin Azərbaycan vətəndaşlarına bu cür beynəlxalq mükafatlar verməsinin müsbət hal olmadığını bildirib:

“Bəzən ölkələrin xüsusi xidmət və dövlət orqanları xaricdə fəaliyyət göstərən nümayəndələrinə, kəşfiyyatçılarına, onların siyasətini həyata keçirən şəxslərə müəyyən imtiyazlar yaradır. Məsələn, onlara ev verir, ailələrinin mühafizəsini təmin edir, birdəfəlik yardımlar ayırırlar. Azərbaycan vətəndaşlarına, xüsusilə də müəyyən ittihamlarla həbs olunmuş şəxslərə tələm-tələsik xaricdən bu cür

Fransa,Starsburq-Havel mükafatının təqdimatı,2014-cü il

Fransa,Starsburq-Havel mükafatının təqdimatı,2014-cü il

mükafatların verilməsi buna bənzəyir. Mükafatlar Azərbaycan dövlətinə təzyiq və təsir göstərmək üçün atılan addımlardan biridir. Özünü sivil və demokratik adlandıran dövlətlərin hələ istintaqı gedən, məhkəməsi olmamış şəxslərə azadlıq tələb etməsi, hansısa mükafatlar verməsinin özü qanuna ziddir. Məhkəmənin hökmü olmadan kiminsə cinayətkar olmasını demək də düzgün deyil. Bəlkə həmin şəxs bəraət alacaq və ya işinə xitam veriləcək. Amma indidən bu cür addımların atılması həm istintaqın obyektiv gedişinə mane olmaq məqsədi güdür, həm də Azərbaycan hakimiyyətinə qarşı təzyiqdir”.

AZƏRBAYCANDA 5491 TƏŞKİLAT QEYDİYYATA ALINIB

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda qeydiyyata alınan müəssisə və təşkilatların sayı artaraq 5491-ə çatıb. “Qafqazinfo” Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, yeni müəssisələrin 57,3 faizi Bakıda, 8,8 faizi Aran, 8,2 faizi Abşeron, 7,7 faizi Lənkəran iqtisadi rayonunda, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.

Vergilər Nazirliyinin məlumatına əsasən, 2014-cü ilin doqquz ayında 55664 fiziki şəxs qeydiyyatdan keçib. Onlar daha çox Bakı şəhərində, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron, Quba-Xaçmaz və Şəki iqtisadi rayonlarında qeydiyyata alınıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG