Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:03

Ukrayna prezidenti müdafiə nazirinin istefasını qəbul edir


Valeriy Heletey

Valeriy Heletey

Ukrayna prezidenti Petro Poroshenko müdafiə naziri Valeriy Heletey-in istefasını qəbul edib. Oktyabrın 12-də prezidentin saytında yerləşdirilən məlumatda deyilir ki, Poroshenko “ölkənin müdafiə rəhbərliyini” dəyişdirməyin vaxtı çatdığını anlayıb. Məlumata görə, oktyabrın 13-də prezident müdafiə naziri postuna namizədini parlamentə təqdim edəcək, ertəsi gün (14 oktyabr- ed.) isə səsvermə keçiriləcək.

Heletey iyulda Poroshenko tərəfindən təqdim olunub. O, son həftələr ölkənin şərqində İlovaysk şəhərində 100-dək ukraynalı hərbçinin ölümünə görə tənqid olunur. İlovaysk Rusiya qüvvələrinin dəstəklədiyi separatçılar tərəfindən mühasirəyə alınıb.

Avqustun sonlarında Müdafiə Nazirliyi binası qarşısında aksiya keçirənlər Heletey-in istefasını tələb ediblər.

Poroshenko Ihor Smeshko-nun sədrlik edəcəyi Kəşfiyyat Komitəsi də formalaşdırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG