Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:22

Bosniyada prezident seçkilərində millətçilər önə çıxır


Bosniyada oktyabrın 12-də keçirilmiş seçkinin nəticələri qismən sayılıb. Ölkənin üçtərəfli prezidentliyi uğrunda yarışda millətçilərin önə çıxdığı bəlli olub. Seçki rəsmiləri oktyabrın 13-də bildirib ki, Bakir Izetbegovic, Dragan CovicZeljka Cvijanovic öndə gedən namizədlərdir. Bosniya prezidentliyində onlar müsəlman bosniyalıları, xorvatları və serbləri təmsil edəcək.

Izetbegovic güclü, vahid dövlət uğrunda kampaniya aparıb. Covic Bosniya daxilində xorvat qurumunun yaradılmasını istəyir. Serb blokunu təmsil edən Cvijanovic isə Bosniyanın parçalanmasına tərəfdardır.

Mərkəzi Seçki Komissiyasının rəhbəri Stjepan Mikic deyib ki, hələlik bülletenlərin 76.5 faizi sayılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG