Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:25

-

Ebola xəstəsinin öldüyü ABŞ-ın Texas hospitalının işçisi də öldürücü virusa yoluxub.

Texas Səhiyyə Departamentindən bildiriblər ki, adı açıqlanmayan həmin tibb işçisi qızdırmalı vəziyyətdə ətraf aləmdən təcrid edilib.

Daha ətraflı müayinə Atlantadakı Xəstəliklərə qarşı Mübarizə Mərkəzində aparılacaq.

Xəstəxana işçisi ABŞ-da Qərbi Afrikaya səyahət etməyən, amma ebolaya yoluxan ilk şəxsdir.

İndiyədək 4000-dən çox adam ebola virusundan ölüb. Onların çoxu Liberiya, Sierra Leone və Qvineyadandır.

Günün bütün mövzuları

XS
SM
MD
LG