Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:09

«Youtube» Məhəmməd peyğəmbəri tənqid edən filmi silmir


"Müsəlmanların məsumluğu" filmindən kadr

"Müsəlmanların məsumluğu" filmindən kadr

-

ABŞ-da Məhəmməd peyğəmbər haqda filmə çəkilmiş aktyor Gaylord Flynn “Google” şirkətini məhkəmə verir.

O, “Müsəlmanların məsumluğu” adlanan və Məhəmməd peyğəmbəri satira hədəfinə çevirən filmin treylerinin şirkətə məxsus Youtube videopaylaşma saytından silinməsini tələb edir.

Bundan 6 ay qabaq ABŞ-ın Apellyasiya Məhkəməsi filmdə rol almış daha bir aktyorun iddiasını təmin etmiş, filmin Youtube-dan yığışdırılmasına qərar vermişdi.

Gaylord Flynn deyir ki, onu ölümlə hədələyirlər, həyatına təhlükə olmasına baxmayaraq “Google” Youtube-da filmin izlənməsinə şərait yaratmaqda davam edir, məhkəmənin qərarını vecinə almır.

Şirkətsə bildirir ki, bu qərar ABŞ Konstitusiyasını pozur, fikir azadlığına qarşı yönəlib. “Google” qərardan şikayət verib.

Flynn filmin prodüseri Nakoula Basseley Nakoula-nı da məhkəməyə verir. Aktyorun sözlərinə görə, prodüser yaradıcı heyəti aldadıb, filmin “Səhra döyüşçüsü” adlanacağını, dini məzmunda olmadığını deyib.

“Müsəlmanların məsumluğu” 2012-ci ildə bir çox müsəlman ölkələrində böyük etirazlara səbəb olmuş, Liviyada qəzəblənmiş kütlə hətta Amerika səfirini öldürmüşdü.

Guardian

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG