Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:34

Finlandiyanın müdafiə naziri Rusiyadan izahat tələb edəcək


Rusiya gəmisi, Arxiv

Rusiya gəmisi, Arxiv

Rusiyanın hərbi gəmiləri finlandiyalıların dənizdə araşdırma aparmalarına mane olub. Bu barədə Finlandiyanın Ətraf Mühit İnstitutu bildirib. İnstitutun əməkdaşlarının sözlərinə görə, təhqiqat gəmisi araşdırma aparan zaman Rusiyanın hərbi gəmiləri Baltik dənizinin beynəlxalq sularında 2 dəfə ona maneə yaradıblar.

İnstitut bildirirb ki, bu, işin sürətinə və gedişatına təsir göstərsə də, onlar ərazidəki dəniz nümunələri üzərində araşdırmaları davam etdirirlər.

Finlandiyanın müdafiə naziri Carl Haglund bunu xoşagəlməz hadisə adlandırıb və Rusiyadan bu davranışına görə izahat tələb edəcəklərini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG