Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:38

Putinin G20 sammitində iştirakı təsdiqləndi


G20-nin Sankt Peterburqdakı sammitinin loqosu, 2013
G20-nin Sankt Peterburqdakı sammitinin loqosu, 2013

Avstraliya höküməti gələn ay keçiriləcək G20 sammitində Rusiya prezidenti Vladimir Putinin iştirak edəcəyini bildirib.

Avstraliyada maliyyə məsələlərinə cavabdeh Joe Hockey bildirirb ki, Rusiya Putinin Brisbane-də keçiriləcək sammitə qatılacağını təsdiqləyib.

Şübhə yoxdur ki, Putinin iştirakı 6 aydır davam edən və 3 min 300-dən çox adamın ölümünə səbəb olan Kiyev və Rusiyayönlü qüvvələr arasında gedən münaqişəyə görədir.

İyulun 17-də Ukrayna səmasında vurulan sərnişin təyyarəsinə görə Avstraliya Rusiyanı günahlandırmışdı. 298 qurban arasında onlarla avstraliyalı da vardı.

Ukrayna prezidenti Petro Poroshenko da gələn həftə Putinlə görüşəcəyini deyib. Petro Poroshenko görüşün Milanda, Avropa- Asiya Görüşü sammitinin keçiriləcəyi ərəfədə olacağını bildirib. Almaniyanın kansleri Angela Merkel və Britaniyanın baş naziri David Cameron da bu görüşdə iştirak edəcək.

G20 sammiti 20 ölkə liderlərinin illik görüşüdür.

XS
SM
MD
LG