Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:09

ABŞ-ın müdafiə naziri: "Türkiyə ilə danışıqlarda əhəmiyyətli irəliləyiş var"


Chuck Hagel

Chuck Hagel

ABŞ-ın müdafiə naziri Chuck Hagel "İslam Dövləti" ilə mübarizə aparmaq üçün Birləşmiş Ştatların Türkiyə ilə apardığı danışıqlarda “əhəmiyyətli irəliləyiş” olduğnu bildirib.

Chuck Hagel qeyd edib ki, Orta Şərq də daxil olmaqla bu mübarizəyə beynəlxalq partnyorların cəlb edilməsi səyləri davam edir.

Müdafiə naziri Suriya sərhədindəki Kobani şəhrinə nəzarəti tam ələ almaq istəyən "İslam Dövləti" yaraqlılarına qarşı hava mübarizəsinin davam etdiyini deyib. Lakin əlavə edib ki, yaraqlıların ərazini ələ keçirmək təhdidləri səngiməyib və hətta bəzi ətraf ərazilər işğal edilib.

Hegel həmçinin qeyd edib ki, İraq təhlükəsizlik qüvvələri Bağdadda nəzarəti tam ələ alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG