Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:31

Vəzifəli şəxslər ailə üzvlərinin də maliyyə vəsaitlərilə bağlı məlumat verəcəklər


Yaxın vaxtlarda statusundan asılı olaraq müxtəlif vəzifəli şəxslər maliyyə vəsaitlərilə bağlı məlumatları açıqlamaq məcburiyyətində qalacaqlar. Bu barədə oktyabrın 4-də keçirilən mətbuat konfransında Respublika Prokurorluğu Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Namiq Əsgərov məlumat verib. Onun dediyinə görə, hazırda həmin məlumatları təqdimetmənin forma və qaydaları hazırlanır. Bu sənədlər hazır olandan sonra isə vəzifəli şəxslər təkcə özlərinin deyil, ailə üzvlərinin də maliyyə vəsaitləri haqqında Prezident Aparatı Yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya və aidiyyatı dövlət qurumlarının xüsusi maliyyə orqanlarına hesabat verməli olacaqlar.


Həmin hesabatlardan sonra isə villaların qiymətlərinin müəyyənləşdirilməsi, bank hesablarında kimin nə qədər vəsaitinin olması barədə məlumatları da əldə etmək mümkün olacaq.


«Gəlirlərin bəyannaməsi haqqında» qanun 2005-ci ilin yayında qəbul edilsə də, bəyannamə forması müəyyənləşmədiyindən hələ ki, tətbiq edilmir.


Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov isə indiki vəziyyətdə vəzifəli şəxslərin əmlakı və maliyyə vəsaitləri haqqında şəffaflığa əməl olunacağına inanmır. O, hesab edir ki, Azərbaycanda əksər məmurların əmlakı onun öz adına deyil, qohumlarının və ya başqa adamların adına sənədləşdirildiyindən bu məlumatları dəqiqləşdirmək xeyli çətin olacaq.


XS
SM
MD
LG