Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 06:36

«UAZ» Gəncə Avtomobil Zavodunu məhkəməyə verib


Ulyanovsk Avtomobil Zavodu, 25 sentyabr 2006
Ulyanovsk Avtomobil Zavodu, 25 sentyabr 2006
Rusiyanın «UAZ» avtomobil zavodu Gəncə Avtomobil Zavodunu məhkəməyə verib. Buna səbəb şirkətlər arasında ötən il bağlanmış müqavilənin pozulması olub. «UAZ» Moskva məhkəməsinə müraciət edərək, Gəncə Avtomobil Zavodunun 10 milyon rubl - təxminən 370 min dollar cərimə ödəməsini istəyib. Zavodun Mətbuat Xidmətinin rəhbəri Məqsəd Rəhimovun «Azadlıq» radiosuna dediyinə görə, müqavilənin pozulmasına səbəb «UAZ»ın onlara bir neçə dəfə yararsız ehtiyat hissələri, bəzən də hissələri yarımçıq göndərməsi olub: «Həm də «UAZ» maşınları «Avro 2» standartlarına uyğun gəlmir, bunu da tərəfdaşlığa mənfi təsir edən amil saymaq mümkündür».

Bundan sonra «UAZ»la əməkdaşlıqdan imtina edən zavod rəhbərliyi kiçik və orta tonajlı maşınların istehsalçısı olan Çin şirkətiylə müqavilə imzalayıb.


Artıq Çin şirkəti ilkin mərhələdə yığılacaq kiçik tonajlı avtomibillərin hissələrini Gəncəyə göndərib və bir neçə günə ilk maşının «Gəncə» markasıyla təqdimatı gözlənir. Bir aydan sonra isə zavodda 90 mikroavtobusun yığımına başlanacaq.


Gəncədə yığılacaq maşınların ilkin qiymətinin 7-9 min yeni manat olacağı nəzərdə tutulur.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG