Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:22

Göyçayda kimlərin pay torpaqları necə satılır?...


Arxiv fotosu
Arxiv fotosu

"Qanuni torpaqlarımız əlimizdən alınıb, başqalarına satılıb. Məhkəmə məsələni bizim xeyrimizə həll edib. Ancaq rayon məmurları məhkəmə qərarlarının icrasına - yəni torpaqlarımızın özümüzə qaytarılmaseına imkan vermirlər".

"PAY TORPAQLARIMIZI BAŞQALARINA SATIBLAR"

AzadlıqRadiosunun "Qaynar xətt"inə yazıb yolladıqları məktubda Göyçay rayonunun Cəyirli kənd sakinləri Əlsəfa Quliyev, Zülfü Feyzullayev, Qurban AdıgözəlovNahid Quliyev əmlak paylarının məmurlar tərəfindən zəbt olunduğunu iddia edirlər. Bildirirlər ki, 1998- ci ildə onlara pay torpaqları verilib. Ancaq sonradan həmin torpaqlar kənd bələdiyyəsinin sədri Fuad Nəbiyevin, icra nümqyəndəsi olan qardaşı Fərhad Nəbiyevin təşəbbüsü ilə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsinin sədri Nofəl Fərzəliyevin saxta sənədləri əsasında başqa şəxslərə satılıb. Bütün bunların başında isə, kəndlilərin iddiasına görə, rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov dayanır.

"YOXSUL VƏZİYYƏTDƏ YAŞAYIRIQ"

Kəndlilər yazır:

"Qanunu torpaqlarımıza sahib olmaq üçün məhkəmədə qaldırdığımız iddialar təmin olunub. Ancaq Ali Məhkəmənin 06.09.2012-ci il tarixli 2(102)-2617/2012 saylı qərarının icrası ləngiyir. Çünki başçı qərarın icrasına mane olur. Biz bu özbaşınalığa görə torpaqlarımızı əkib-becərə bilmirik, yoxsul vəziyyətdə yaşayırıq".

Məktubda qeyd olunur ki, narazılar sözlərini ölkə başçısına çatdırmaq üçün Prezident Administrasiyasına üz tutmaq fikrindədilər. Ümid edirlər ki, İlham Əliyev problemi araşdırıb onlara yardımçı olacaq.

Göyçay rayon icra hakimiyyətindən isə bildiriblər ki, məhkəmə qəratını icra etmək rayon icra məmurlarının vəzifə səlahiyyətlərinə daxil olan bir işdir. Heç bir məmur məhkəmə qərarının icrasına əngəl yarada bilməz. Əgər hansısa məhkəmə qərarı icrasız qalıbsa, buna görə icra hakimiyyətini günahlandırmaqdansa, sakinlər Ədliyyə Nazirliyinə müraciət edə bilərlər.

XS
SM
MD
LG