Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:08

-

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, «Ebola» virusundan ölənləri sayı 4033-ə çatıb. 7 ölkədə 8399 nəfər isə bu virusa yoluxub.

Ölənlərin 2316 nəfəri Liberiya, 930-u Sierra-Leone, 778-i Qvineya, 8-i Nigeriya və 1 nəfəri ABŞ-dandır.

Reuters-in məlumatına görə isə, Konqo Demokratik Respublikasında bu xəstəliyə yoluxan 71 nəfərdən 43-ü ölüb.

Böyük Britaniyanın baş naziri David Cameron bildirib ki, bu problemin aradan qaldırılması ilə bağlı tədbirlər həyata keçirilir:

«Biz Qərbi Afrikadakı bu böhranın aradan qaldırılması üçün digər ölkələrlə müqayisədə daha çox töhfə verməyə çalışırıq. Biz Britaniyadakı öz insanlarımızın təhlükəsizliyi üçün mümkün olan addımları atırıq. Ən əsası mütəxəssisləri dinləyirik və onların məsləhətinə əməl edirik. Həmçinin dəniz və hava nəqliyyatını nəzarətə götürmüşük».

Günün bütün mövzuları

XS
SM
MD
LG