Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:10

Türkiyə Suriya müxalifətinə təlim keçəcək


Azad Suriya Ordusunun döyüşçüsü.

Azad Suriya Ordusunun döyüşçüsü.

-

Türkiyə Suriyadakı Bashar Assad rejiminin radikal olmayan mötədil əleyhdarlarına təlim keçəcək.

Sabah.com saytının yazdığına görə, ABŞ Dövlət Departamentinin sözçüsü Marie Harf keçirdiyi gündəlik mətbuat konfransında bildirib ki, bununla bağlı Türkiyə ilə aparılan danışıqlar müsbət nəticələnib:

«Bu çərçivədə ABŞ Müdafiə Nazirliyinin planlaşdırma qrupu gələn həftə Ankaraya gedəcək».

Təlim keçəcək müxalifləri Türkiyə Milli Təhlükəsizlik Təşkilatı seçəcək. Təlimə ABŞ və Türkiyə mütəxəssisləri cəlb olunacaq. Təlim proqramının gələn həftə reallaşacağı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG