Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:45

-

«İslam Dövləti» (İD) yaraqlıları oktyabrın 10-da Kobani şəhərini müdafiə edən kürd yaraqlılarının qərargahını ələ keçiriblər.

«Frans Press» agentliyinin BMT-yə istinadən verdiyi məlumata görə, qərargahın tutulması minlərlə insanı yaraqlıların qurbanına çevirə bilər.

Kürd qoşunları ilə mülki əhalinin evakuasiyana mane olan yaraqlılar arasında döyüşlər gedir. ABŞ-ın havadan zərbələri şəhəri zəbt edən İD yaraqlılarını məğlub edə bilməyib. Pentaqon rəsmiləri bəyan edib ki, quru əməliyyatları olmadan İD yaraqlılarının qarşısını almaq mümkün olmayacaq.

Suriyalı hüquq müdafiəçilərin məlumatına görə, İD yaraqlıları hazırda Kobaninin 40 faizinə nəzarət edirlər.

Kobani ilə həmsərhəd Türkiyə 31 nəfərin ölümünə səbəb olan etiraz aksiyalarına baxmayaraq, cihadçılara qarşı addım atmaqdan çəkinir. Etirazçılar Türkiyə hökumətindən Kobaniyə dəstək verməyi tələb edirlər.

Yaraqlılar cümə günü İraqda jurnalist Raad Mohammed Al-Azaoui, onun qardaşı və daha iki sakini öldürüblər. Bu haqda İraq mətbuatına jurnalistin qohumları məlumat verib.

«Sərhədsiz Reportyorlar» təşkilatının məlumatına görə, Raad Mohammed Al-Azaoui «Sama Salah Aldeen TV» kanalının operatoru olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG