Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:01

İtaliya – Azərbaycan - 2:1


İtaliya-Azərbaycan oyunu - 10 oktyabr 2014
İtaliya-Azərbaycan oyunu - 10 oktyabr 2014

-

Futbol üzrə Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Azərbaycan milli komandası Palermoda İtaliya ilə qarşılaşıb.

Hesabı 44-cü dəqiqədə Giorgio Chiellini açıb.

77-ci dəqiqədə yenə Chiellini fərqlənib. Bu dəfə «Yuventus»un müdafiəçisi avtoqola imza atıb.

Lakin meydan sahiblərinin bu «fədakarlığı» da Berti Vogts-un səfərdə İtaliya ilə heç-heçə edib qəhrəmana çevrilməsinə imkan verməyib. Belə ki, Chiellini 82-ci dəqiqədə günahını yuyaraq qələbə qolunu vurub.

Beləliklə, Bakıda Bolqarıstana 2:1 hesabı ilə məğlub olan Azərbaycanın əsas yığma komandası yenə meydanı başıaşağı tərk edib.

XS
SM
MD
LG