Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:32

Səfəvi ordusu Çaldıranın qisasını necə aldı


İran ordusunda dəvə üzərində top (zamburak). Fransız səyyahı, rəssamı Jean-Baptiste Eugène Napoléon Flandin-in İrana səfəri zamanı yazdığı "Voyage en Perse" əsərində rəsm. (19-cu əsr)

İran ordusunda dəvə üzərində top (zamburak). Fransız səyyahı, rəssamı Jean-Baptiste Eugène Napoléon Flandin-in İrana səfəri zamanı yazdığı "Voyage en Perse" əsərində rəsm. (19-cu əsr)

-

Şah İsmayılın Çaldıran döyüşündəki ağır məğlubiyyətindən 100 il sonra Şah Abbas Səfəvi imperiyasının itirdiyi torpaqların çoxunu osmanlılardan geri aldı.

Məhz buna görə onu ən böyük Səfəvi hökmdarı sayanlar da var.

Bu şanlı qələbələr yalnız orduda köklü islahatlar sayəsində mümkün olmuşdu.

Şah Abbas islahata orduda qızılbaşların mövqelərini zəiflətməklə başlayır.

O, müsəlmanlığı qəbul etmiş əsirlərdən - qulamlardan ibarət qoşun hissələrini artırır.

Şah Abbas

Şah Abbas

Bunlar gürcülər, ermənilər, çərkəzlər idilər.

Fəthlər və qul alveri nəticəsində orduya on minlərlə belə qulam cəlb edilir. Onlara hərbi təlim keçilir, sərt nizam-intizama tabe etdirilirlər.

Şah İsmayıl zamanında türk tayfaları ordunun bel sütunu idi.

Şah İsmayıl Çaldırana qədər parlaq qələbələrini onların hesabına qazanmışdı. Amma digər tərəfdən Çaldıran məğlubiyyətinin də əsas səbəblərindən biri o idi ki, "köçəri tayfalardan səfərbər olunan döyüyçülər əsasən hərbi təlim görməyən, hətta belə bir təlimə o qədər də inanmayan köçəri qəbilə insanlarıydı.

Qızılbaş əsgəri

Qızılbaş əsgəri

Onlar sadəcə, xanlar və qəbilə ağsaqqalları kimi Şah İsmayıl və Hz.Əli yolunda oxlarını və qılınclarını götürüb “Ömərçi” osmanlılara qarşı Şah İsmayılın sıralarında döyüşməyə gəlmişdilər".

Gürcü, erməni, çərkəz qulamlar arasından komandirlər də təyin edilir və Şah Abbas tədricən saraydakı mühüm vəzifələrdə də qızılbaşları qulamlarla əvəzləməyə başlayır.

Bundan başqa vilayət başçılarını da dəyişir, qulamları bölgələrin rəhbərliyinə gətirir.

Məsələn, əslən gürcü (başqa məlumatlara görə erməni) olan Allahverdi xan (Undiladze) qulam qoşununun rəhbəri idi.

Robert Shirley

Robert Shirley

Şah Abbas onu həm də zəngin Fars vilayətinin rəhbəri təyin etmişdi.

Qulam qoşunlarının sayı 40 minə çatdırılır,

onlar qızılbaş dəstələrindən fərqli olaraq birbaşa Şah Abbasa tabe idilər.

Şah İsmayılın Çaldıran məğlubiyyətinin başqa bir səbəbi Osmanlı ordusundakı toplar idi.

Qılıncla, nizəylə silahlanmış qızılbaş əsgərlərinin sıralarını pozan, onları pərən-pərən salıb qaçmağa məcbur edən məhz toplar idi.

Şah Abbasın ordu islahatı on il davam etmişdi. Bu müddətdə hətta

Təbrizin osmanlılardan geri alınması. 1603. Avropalı səyyahın çəkdiyi rəsm.

Təbrizin osmanlılardan geri alınması. 1603. Avropalı səyyahın çəkdiyi rəsm.

özbəklər, moğollar hücum edib ölkənin bəzi bölgələrini ələ keçirsələr də, Şah Abbas islahat başa çatanacan dözmüşdü.

Qulam qoşunu tərkibində 15 minlik süvari hissələri vardı. Onlar muşketlərlə silahlanmışdı.

Bu o dövrdə dünyada ən böyük süvari hissələri idi. Bundan başqa ayrıca artileriya hissələri yaradılmışdı. Döyüşdə 500-cən topdan istifadə edilirdi.

Şah Abbas orduda islahat apararkən avropalı mütəxəssislərin məsləhətinə də qulaq asırdı.

Şah Abbas. İngilis səyyahı Thomas Herbert-in rəsmi, 1627.

Şah Abbas. İngilis səyyahı Thomas Herbert-in rəsmi, 1627.

Bunlar ingilis elçiləri - ser Anthony Shirley və onun qardaşı Robert Shirley idilər

Onlar İngiltərədən 1598-ci ildə gəlmişdilər və məqsədləri Şah Abbası anti-Osmanlı ittifaqına cəlb etmək idi.

İslahatların gücləndirdiyi ordu ilə Şah Abbas əvvəlcə Xorasanı özbəklərdən geri alır. Məşhəd və Heratı da tutur.

O vaxtacan Səfəvilər Osmanlı ordusuna qalib gələ bilməmişdilər. Şah Abbas osmanlı elçisi vasitəsilə sultana sərt tələblər irəli sürür, amma müsbət cavab gəlmədiyi

Şah Abbasın məqbərəsi

Şah Abbasın məqbərəsi

üçün səfirin saqqalını qırxıb İstanbula yollayır. Bu, Osmanlı imperiyasına müharibə elan edilməsi idi. Səfəvilər əvvəlcə Nəhavəndi, daha sonra onilliklərdi osmanlıların əlində olan Təbrizi alır. Təbrizin alınmasında Səfəvi artileriyasının böyük rolu olur.

Bunun ardınca Qafqazın böyük hissəsi Şah Abbasın hakimiyyəti

Şah Abbasın məqbərəsi, Kaşan. İran

Şah Abbasın məqbərəsi, Kaşan. İran

altına keçir, onun ordusu Kabardin-Balkara qədər gedib çıxır.

Osmanlılar Şah Abbasa cavab zərbəsi üçün bir neçə il hazırlaşırlar.

1618-ci ildə 50 minlik osmanlı ordusu Təbrizi tutur.

Şah Abbas özü qəsdən şəhəri təhvil verir.

Səfəvi İmperiyası

Səfəvi İmperiyası

Özünü geri çəkilən kimi göstərir.

Qələbədən quhlanan osmanlılar dərhal Ərdəbil üzərinə gedirlər.

Şah Abbasın istədiyi də bu idi, o, osmanlılara tələ qurmuşdu.

Onun 40 minlik qoşunu pusquda idi.

Yolda pusquya düşən Osmanlı ordusu darmadağın edilir.

"Mən karvanbasan quldur deyiləm" deyib Sultan Səlim ordusuna gecəykən həmlə etməkdən imtina edən Şah İsmayıldan fərqli olaraq Şah Abbas üçün qələbə qazanmaq üçün hər fənd keçərli idi.

Şah Abbas hətta Bağdadı da osmanlılardan almağa nail olur.

Qəndəharı da moğollardan alandan sonra Şah Abbasın hakimiyyəti altında olan torpaqlar Hind çayına qədər uzanmış olur.

Məhz onun hakimiyyəti dövründə Səfəvi İmperiyası ən qüdrətli erasını yaşayır.

Ona isə şahənşah (şahlar şahı) deyirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG